E-ticarət biznesini qur və inkişaf etdir
Bizimlə əlaqəRəqəmsal dünyadakı yerini tut və biznesinin gələcəyini bizimlə inşa et.
İşinizi təcrübə ilə böyüdün
7+ illik e-ticarət təcrübəsi, 20+ biznes sahəsində tətbiq edilmiş həllər və fasiləsiz texniki dəstək – biznesinizi növbəti mərhələyə daşımaq üçün doğru ünvandasınız. Bizimlə başlayın, fərqi görün!
Ecommerce.az sənə necə kömək edir?
Bizimlə əlaqə
Mağazanın asanlıqla qurulması
Biznesinə uyğun elektron mağazaya və mobil tətbiqə qısa müddətdə sahib ol.
Ödənişlərin qəbulu sistemi
Mobil tətbiq və veb-saytda satış et, quraşdırılmış CİB Pay ödəniş sistemi ilə ödənişlərini asanlıqla qəbul et.
Satışların idarə edilməsi
Çatdırılma sistemlərinin inteqrasiyası, Müştərilər modulu və Marketinq alətlərinin köməyi ilə satışlarını artır.
Mobil tətbiq ilə alış-verişi daha əlçatan edin
Ağıllı və sürətli inteqrasiya imkanları
Müştərilərlə əlaqə, ödənişlər və logistika proseslərini vahid platformada avtomatlaşdıraraq, satış təcrübəni bir üst səviyyəyə qaldır.
CİB Pay ödəniş sistemi ilə inteqrasiya
Ecommerce.az — Link və QR vasitəsilə ödənişlər yarat, ödəniş terminalları və Tap to Phone funksionallığı ilə mobil telefon üzərindən ödənişləri qəbul et. Google Pay və Apple Pay ilə ödənişləri qəbul et və zərurət olduqda ödənişləri tam və ya hissəli şəkildə geri qaytar.
Çatdırılma şirkətləri ilə inteqrasiya
Ölkə daxilindəki istənilən çatdırılma xidməti ilə inteqrasiya ilə sifarişlərin çatdırılması indi daha da asandır. Onlayn mağazanın daxilindən sifarişlərini izlə və asanlıqla çatdırılmasını təmin et.
SMS və telefoniya inteqrasiyası
Müştərilərə sifariş statusları, təsdiqləmələr və kampaniyalar üçün SMS və bildirişlər göndərmək mümkündür. Heç bir texniki çətinlik olmadan SMS və telefoniya xidmətləri ilə inteqrasiya et və sistemin kəsilməzliyini təmin et.
WhatsApp, Telegram ilə inteqrasiya
Sifarişlərinin statusu ilə bağlı məlumatları Telegram inteqrasiyası ilə mobil telefonununa asanlıqla qəbul etmək mümkündür. WhatsApp inteqrasiyası ilə kommunikasiya vasitələrini minimala endir və müştərilərlə sistem daxilindən əlaqə saxla.
Ən son texnologiyalarla hazırlanmış e-ticarət həlli
Marketinq alətləri
Endirim kodları, loyallıq proqramları və zamanlı kampaniyalar ilə satışlarınızı artırın. İstifadəçi təcrübəsi və analitik hesabatlar da daxil edilir.
SEO modulu
Axtarış sistemlərində maksimum görünürlük üçün güclü SEO modulu. Avtomatik meta taglar, SEO-a uyğun URL strukturu və səhifə optimizasiyası daxildir.
Canlı çat sistemi
Sıfırdan hazırlanmış canlı dəstək sistemi ilə müştəri məlumatlarınızı 3-cü şəxslərə ötürmədən idarə edin və müştərilərinizə canlı dəstək verərək satışlarınızı itirməyin.
Mobil tətbiq
iOS və Android üçün hazırlanmış tətbiqlərlə müştərilərinizə daha yaxın olun. Puş bildirişlər, alış-veriş səbəti və sürətli sifariş funksiyaları ilə birlikdə satışlarınızın artmasına nail olun.
Multifilial sistem idarəetməsi
Bir neçə mağazanın stokunu bir e-ticarət həlli ilə idarə etmək indi mümkündür. Məhsulların çatdırılması fərqli filiallardan edilən zaman stok sayının uyğun şəkildə nizamlanması anbar məsələlərinin idarəetməsini asanlaşdırır.
Effektiv inteqrasiya üçün Open API həlli
Developer dostu Open API ilə digər sistemlərlə asan inteqrasiya imkanı. Detallı sənədləşmə və texniki dəstək ilə rahat işləmə mühiti təmin olunur.
Bizimlə əlaqə
Tez-tez verilən suallar
Elektron mağazamı qurmaq üçün ilkin tələblər nələrdir?
Elektron mağazanızı qurmaq üçün ilkin tələblər şirkətinizin olmağı, biznesinizin brendinqi və domeninizin mövcud olmağı kifayətdir.
Ödəniş sistemlərini inteqrasiya edirsinizmi?
Mağaza tam hazır təhvil verilən zaman CİB Pay ödəniş sistemi quraşdırılmış və istifadəyə tam hazır olur.
Çatdırılma ilə bağlı dəstək verirsinizmi?
Çatdırılma ilə bağlı sistem daxilində əvvəlcədən inteqrasiya olunmuş çatdırılma servisləri təklif edilir. Razılaşdırılan çatdırılma xidməti ilə asanlıqla inteqrasiya təmin olunur.
Məhsul əlavə etmək və sifarişləri idarə etmək asandırmı?
Sifarişlərin idarəetməsi asan İstifadəçi interfeysi ilə kifayət qədər asandır. Məhsulların əlavə edilməsi isə sistemə .xls faylı ilə toplu şəkildə və ya tək-tək asanlıqla əlavə edilə bilər.
Mağazam üçün admin panel olacaqmı?
Hər bir elektron ticarət mağazasının özünə məxsus domenində admin paneli hazırlanaraq müştəriyə təqdim edilir. Admin panel tamamilə mağazaya aid olur və heç bir müdaxiləsiz işi təmin olunur.
Elektron mağazanın hazırlanma müddəti nə qədərdir?
Elektron mağazanın hazırlanmağı seçilən tarif planından asılı olaraq 2 həftədən başlayaraq vaxt ala bilir. Mobil tətbiq olduqda və ya əlavə funksionallıqlar istək olunarsa vaxt müvafiq şəkildə uzanır.
Texniki dəstək və sonradan xidmət göstərirsinizmi?
Mağaza təhvil verilən tarixdən texniki dəstək verilir və hər hansı sual yaranarsa, istənilən zaman E.commerce.az komandası ilə əlaqə saxlanıla bilər.
Qiymət paketləriniz və əlavə xidmətləriniz nələrdir?
Qiymətlərlə bağlı Tariflər bölməsindən detallı məlumat ala bilərsiniz. Elektron mağazamızda olacaq funksionallıqla bağlı hər hansı əlavə təkliflər isə hər zaman dəyərləndirilir və mağaza təhvil verildikdən sonra dəyərləndirilərək təhvil verilməsi üçün müvafiq yenilənmələr edilir.